Dünya

Daha iki komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazana bilər – AFİŞA

Sharing is caring!


Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşlərə start veriləcək.

“Report” xəbər verir ki, ilk gündə 9 qarşılaşma baş tutacaq.

A və F qrupunda müvafiq olaraq İspaniya, Şotlandiya, Belçika və Avstriya final mərhələsinə vəsiqə qazanıblar.

G qrupunda Macarıstan, J qrupunda Portuqaliya əvvəlki turlarda istəyinə çatıb.

Slovakiya yığması da bu gün vəsiqəni təmin edə bilər. İslandiya ilə görüşdə əldə olunacaq 1 xal meydan sahiblərinə kifayət edəcək.

Monteneqro isə Litva ilə matçda büdrəsə, şanslarını itirəcək və bu, Serbiyanın ən azı ikinci yerin sahibi kimi AVRO-2024-də iştirakına zəmin yaradacaq.

AVRO-2024

Seçmə mərhələ

A qrupu

21:00. Kipr – İspaniya
21:00. Gürcüstan – Şotlandiya

Xal durumu: İspaniya – 15 (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7).

F qrupu

21:00. Azərbaycan – İsveç
21:00. Estoniya – Avstriya

Xal durumu: Belçika – 17 (7), Avstriya – 16 (7), İsveç – 7 (6), Azərbaycan – 4 (6), Estoniya – 1 (6).

G qrupu

21:00. Bolqarıstan – Macarıstan
23:45. Monteneqro – Litva

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva – 6 (7), Bolqarıstan – 2 (6).

J qrupu

23:45. Lixtenşteyn – Portuqaliya
23:45. Lüksemburq – Bosniya və Herseqovina
23:45. Slovakiya – İslandiya

Xal durumu: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya – 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8).

Qeyd edək ki, Fransa, Türkiyə və İngiltərə də Almaniyanın evsahibliyi edəcəyi Avropa çempionatına vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir