Dünya

“İslami Cihad” hərəkatı Qəzza səmasında İsrailin PUA-sını vurub

Sharing is caring!


Fələstinin radikal “İslami Cihad” hərəkatının hərbi qanadı olan “Sarayə əl-Qüds” qüvvələrinin döyüşçüləri Qəzza zolağı səmasında İsrail ordusuna məxsus pilotsuz uçuş aparatını (PUA) vurublar.

Bu barədə qrupun “Telegram” kanalında məlumat verilib.

“Biz “Skylark” tipli dronu vurduq və onu ələ keçirdik”, – deyə yazıda qeyd olunub.

Bundan əlavə, “Sarayə əl-Qüds” qruplaşmasının döyüşçüləri Qəzza zolağının şimalında bir qrup İsrail hərbçisinə minaatanlardan atəş açıblar. Zərbənin birbaşa hədəfi vurduğu iddia edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir