Dünya

Dubayda “Xəzər həftəsi” forumu işə başlayıb

Sharing is caring!


Bu gün Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi – 2023” illik forumuna start verilib.

Oxu.Az-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və İnteqral şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal Yükdaşıma Sammiti (Global Freight Summit) çərçivəsində keçirilir.

Qeyd edək ki, forum əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk dəfə olaraq ənənəvi keçirildiyi məkandan – Davosdan (İsveçrə) kənara çıxıb.

Tədbir Böyük Xəzər Regionunda (BXR) logistika və ticarətin inkişafında yeni meyarlar müəyyən etmək üçün nəzərdə tutulub. Forum regionun logistika problemlərinin həlli üçün ən yaxşı təcrübələrə diqqət yetirəcək, ənənəvi gündəliyini davam etdirəcək.

Qeyd edək ki, “Xəzər həftəsi – 2023” forumunun məqsədi BXR ilə dünya ölkələri arasında, eləcə də BXR daxilində dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.

Üç gün ərzində iştirakçılar əsas diqqəti logistik dəhlizlərin, ticarət inteqrasiyasının və maliyyə şəbəkələrinin yaxınlaşmasına yönəldəcəklər.

Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də region hökumətlərinin, beyin mərkəzlərinin, akademik və təhsil müəssisələrinin, ölkələrin nümayəndə heyətləri və nüfuzlu  biznes liderləri iştirak edirlər.

Xatırladaq ki, intellektual logistika sahəsində dünya lideri kimi tanınan “DP World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən “Xəzər həftəsi – 2023” forumu noyabrın 17-dək davam edəcək.

Onu da əlavə edək ki, 2017-ci ildə əsası qoyulan “Xəzər həftəsi” forumu Böyük Xəzər regionunda dialoq, əməkdaşlıq, innovasiya və inkişafı təşviq edən illik tədbirdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir