Cəmiyyət

Azərbaycanda “Lada” istehsal olunacaq: Bu bizə nə verəcək? – FOTO

Sharing is caring!


Bir neçə gün əvvəl “AvtoVAZ” tərəfindən Azərbaycanda “Lada” markalı avtomobillərin istehsalına başlamaq üçün danışıqlar apardığı barədə açıqlama verilib.

Bildirilib ki, şirkət yazda bu məsələ ilə bağlı müsbət xəbərlər olacağına ümid edir.

Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulamışdı. 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ hələ ki təklif mərhələsindədir:

“Bu, qarşı tərəfin təklifidir. İstehsal sahəsi yaratmaq müsbət bir addımdır. Burada insanların işlə təmin olunması, asılılığın azalmasına gətirib çıxaracaq. Könül istəyərdi ki, ölkəmizdə daha tanınmış markalı avtomobillər yığılsın. Amma ilkin addım üçün bu da yaxşı haldır. Şirkətin açıqlamasında nəzərdə tutulub ki, maşınların yığılması külli miqdarda olacaq. Bu, müsbətdir”.

Ekspert bildirib ki, ölkəmizdə “Lada” markalı avtomobillərin istehsalı planlanırsa, yəqin ki, ixrac potensialı da düşünülüb:

“Bu zaman ölkəyə valyutanın gəlməsi artacaq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir