Dünya

Qəzza zolağında 22 xəstəxana fəaliyyətini dayandırıb

Sharing is caring!


Qəzza zolağında ən azı 22 xəstəxana fəaliyyətini dayandırıb.

Bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.

“22 xəstəxana və 49 tibb mərkəzi sıradan çıxıb”, – deyə Qəzza zolağının hökumətinin mətbuat xidmətinin “Facebook” sosial şəbəkə hesabında edilən paylaşımında bildirilib.

Qeyd olunur ki, 53 təcili yardım maşınına atəş açılıb.

Ümumilikdə, Qəzza zolağında, Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Nibal Farsahın daha əvvəl dediyi kimi, 35 xəstəxana var.

Noyabrın 8-də Fələstinin səhiyyə naziri Mey Kayle bildirib ki, anklavın cənubundakı bütün xəstəxanalar fəaliyyətini davam etdirir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir