Dünya

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində beş əsgər həlak olub

Sharing is caring!


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterin Aralıq dənizinin şərqi hissəsinin üzərində qəzaya uğraması nəticəsində beş ABŞ hərbçisi həlak olub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının  bəyanatında deyilir.

“Hərbi təlimlər çərçivəsində planlı yanacaq doldurma zamanı beş hərbçinin olduğu Amerika hərbi helikopter Aralıq dənizində qəzaya uğrayıb. Helikopterin göyərtəsində olan beş hərbçinin hamısı həlak olub”, – deyə komandanlıqdan bildiriblər.

Qeyd olunur ki, helikopter noyabrın 12-nə keçən gecə təlim uçuşu zamanı qəzaya uğrayıb. Bundan əvvəl Pentaqon Fələstin-İsrail münaqişəsi fonunda Şərqi Aralıq dənizinə əlavə qüvvələr yerləşdirib. ABŞ Hərbi Hava Qüvvələrinin bölgədə hərbi təlimləri keçirilir. Təlimlər bu yaxınlarda 11 minə yaxın hərbçini daşıyan iki Amerika təyyarədaşıyan gəmisində keçirilib.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir