Dünya

Onlarla uşaq, qoca və ikili vətəndaşlığı olan əsirlər Qəzzadan azad edilə bilər

Sharing is caring!


İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında girov və əsirlərin mübadiləsi üçün siyahıya israilli uşaqlar, qocalar və ikili vətəndaşlığı olan əsirlər daxil ola bilər.

Bu bəyanatla ABŞ-nin “Politico” qəzeti İsrail rəsmilərinə istinadla çıxış edib.

Onların sözlərinə görə, qarşıdan gələn mübadilə çərçivəsində İsrail vətəndaşlığı ilə yanaşı ABŞ vətəndaşlığı olan və hazırda Qəzza zolağında olanlar HƏMAS əsirliyindən azad oluna bilər. Ümumilikdə, Fələstin anklavında saxlanılan onlarla girovun xilas edilməsindən danışmaq olar.

Eyni zamanda, rəsmilər xəbərdarlıq edir ki, hələ də razılaşmanın əldə olunmasına mane ola biləcək bir neçə həll olunmamış problem var, məsələn, HƏMAS bütün girovlarının siyahısını açıqlamayıb və həmçinin israillilərin azad edilməsi müqabilində bir həftəyə qədər atəşkəs tələb edir.

Xatırladaq ki, noyabrın 10-da “The New York Times” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail və HƏMAS radikal Fələstin hərəkatının saxladığı 100-ə yaxın mülki şəxsin azad edilməsi üçün danışıqlar aparırlar. 

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir