İdman

Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazandı

Sharing is caring!

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.

Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.

Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir