Dünya

Alimlər alman rəssamı Holbeynin 16-cı əsrə aid rəsminin sirrini açıblar – FOTO

Sharing is caring!


Britaniya Kral İncəsənət Kolleksiyasının mütəxəssisləri məşhur alman rəssamı Hans Holbeynin müştərilərinin portretlərini daha cəlbedici etmək üçün yenidən çəkdiyini aşkar ediblər. Bu, Holbeynin alman taciri Derix Bornun əks olunduğu rəsmin tədqiqi zamanı aydın olub.

Rentgen və infraqırmızı skanerlər rəssamın əvvəlcə müştərinin əsl üzünü – kifayət qədər kök olan bir gənci kətan üzərində necə çəkdiyini, sonra isə müştərini ətli yanaqları əvəzinə qabarıq üz sümükləri və künclü çənə ilə təsvir etmək üçün qat-qat dəyişikliklər etdiyini göstərib.

“Biz açıq-aşkar görürük ki, Holbeyn iki qat lazurit mavisi rəngdə olan fon vasitəsilə o və Derix Born özü bu bənzərlikdən razı qalanadək yanaqları və çənə xəttini təkmilləşdirməyə davam edib”, – deyə Britaniyanın kral kolleksiyasının rəsmlərinin konservasiyası şöbəsinin rəhbəri Nikola Kristi bildirib.

Derix Bornun portreti Holbeynin Bukingem Sarayındakı Kraliça Qalereyasında nümayiş etdirilən 50-dən çox əsəri arasındadır. Hans Holbeyn ilk dəfə 1526-cı ildə İngiltərəyə gedib və Kral VIII Henrixin sarayına rəssam təyin edilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir