Dünya

Fələstin lideri prezident və parlament seçkiləri keçirməyə hazır olduğunu açıqlayıb

Sharing is caring!


Fələstin lideri Mahmud Abbas Qüds də daxil olmaqla bütün Fələstin ərazilərində ümumxalq prezident və parlament seçkisi keçirməyə hazır olduğunu bildirib.

Ər-Riyadda ərəb və müsəlman ölkələri liderlərinin növbədənkənar sammitinin açılışında çıxışı zamanı M.Abbas Fələstin hakimiyyət orqanlarına beynəlxalq dəstəyə çağırıb. Onun sözlərinə görə, bu, Fələstin ərazilərində fəaliyyət, o cümlədən Qəzza zolağının bərpası üçün lazımdır.

O, həmçinin Fələstinli qaçqınlarla bağlı problemin həlli üçün zəmanətlərin və qrafikin təqdim edilməsinə zərurət yarandığını da bildirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir