İqtisadiyyat

“Data Jurnalistika” təlimi keçirildi – FOTO

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Data Jurnalistika” təlimi keçirib.

Milli Observatoriyanın Təlim Mərkəzində təşkil olunan təlimdə 13 media qurumundan araşdırmaçı jurnalistlər iştirak ediblər.

Təlim “Jurnalistikada Data analitikasına baxış”, “Məlumatların yaradılması və əldə olunması”, “Statistika: doğru olan və olmayan məlumatların araşdırılması”, “Data vizuallaşdırma”, “Jurnalistika üçün data analitikası”, “Datanın hekayəsi: Data storytelling” mövzularını əhatə edib.

Təlimin keçirilməsində məqsəd sosial sahədə məlumat təqdim edən media nümayəndələrinin data jurnalistika üzrə peşə biliklərinin artırılmasıdır.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir