Dünya

İsrail müdafiə naziri: “Hizbullah” müharibəyə başlayarsa, Livanı da Qəzzanın taleyi gözləyir”

Sharing is caring!


“İsrail hakimiyyəti hesab edir ki, “Hizbullah” təşkilatı Livanı müharibəyə sürükləyir və bu halda İsrail indi Qəzza zolağında etdiklərini Beyrutda etməyə hazırdır”.

Bu xəbərdarlığı İsrailin müdafiə naziri Yoav Qalant şimal sərhədindəki hərbi bazalardan birinə səfəri zamanı edib.

“Mən buradan Livan vətəndaşlarına səslənirəm, mən artıq Qəzzada vətəndaşların sahil boyu ağ bayraqlarla gəzdiyini və cənuba doğru hərəkət etdiyini görürəm. “Hizbullah” Livanı başlaya biləcək bir müharibəyə sürükləyir və səhv edir. Əgər (“Hizbullah”) belə bir səhv etsə, ilk növbədə, bütün Livan vətəndaşları bunun əvəzini ödəyəcəklər. Qəzzada nə ediriksə, Beyrutda da edə biləcəyik”, – deyə nazir bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir