Dünya

Şevçenko müasir futbolda oyununu bəyəndiyi hücumçunun adını çəkdi

Sharing is caring!


Ukrayna millisinin sabiq baş məşqçisi və əsasən “Milan”dakı çıxışı ilə yaddaşlarda qalan Andrey Şevçenko PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin oyununu bəyəndiyini bildirib.

“Hazırda oynayan hücumçulardan Mbappeni çox bəyənirəm. Onun həmişə oyunu diqqətlə izləməsi, rəqibi güdməsi və şansını axtarması xoşuma gəlir.

O, çox sürətlidir, amma onu təsirli edən onun hərəkət keyfiyyəti, sağ-sol istiqamətlərdə hərəkət edə bilməsi və boş zona yaranan kimi hər iki ayağı ilə dəqiq zərbə vura bilməsidir”, – deyə keçmiş ukraynalı futbolçu K.Mbappe haqqında danışarkən vurğulayıb.

Mənbə: Football Italia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir