Dünya

Azərbaycan şahmatçıları İtaliyadakı dünya çempionatında iştirak edəcəklər

Sharing is caring!


Azərbaycan şahmatçıları noyabrın 12-də İtaliyanın Montesilvano şəhərində start götürəcək 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında dünya birinciliyinə qatılacaqlar.

Federasiyadan verilən məlumata görə, ölkəni Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl, Lalə Hüseynova təmsil edəcəklər.

Komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.

Qeyd edək ki, noyabrın 25-də başa çatacaq yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir