Dünya

Bursa şəhərində Azərbaycanın Zəfər Günü qeyd edilib – FOTO

Sharing is caring!


Türkiyənin Bursa şəhərində Azərbaycanın Qarabağ Zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin təşəbbüsü və Bursa Texniki Universitetinin azərbaycanlı tələbələrinin təşkilatçılığı ilə baş tutan tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Ardınca Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva xalqımızı və türk dünyasını Zəfər Günü münasibətilə təbrik edib. Vətən müharibəsi və post-müharibə dövründə Azərbaycan diasporunun vətənimiz naminə dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi fəaliyyət istiqamətlərindən ətaflı bəhs edib.

Sonra Tovuz döyüşlərinin iştirakçısı, Bursa şəhərində müalicəsi davam edən qazi Kənan Nəsirov Azərbaycan əsgərinin qəhrəmanlığı haqqında xatirələrini bölüşüb.

Bursa Texniki Universitetinin rektor müavini Prof. Dr. Barış Tamer və başqaları çıxışlarında Azərbaycanın Qarabağdakı parlaq qələbəsinin Türkiyədə və türk dünyasında böyük qürur və sevinc doğurduğunu, “Bir millət, iki dövlət” olan Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını vurğulayıblar.

Tədbir çərçivəsində Bursa şəhərindəki general Polad Həşimov adına park ziyarət olunub və bayram şənliyi keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir