Dünya

“Qarabağ”, “Neftçi” və “Sabah” dünya reytinqində geriləyiblər

Sharing is caring!


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Oxu.Az xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 61-cü yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.

“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” 318-ci sıradan 340-a, “bayquşlar” isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (244) komandası üçüncü yerə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir