Dünya

Kiyevə hava zərbələri endirilib – FOTO

Sharing is caring!


Bu gün Ukraynanın paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhər vilayətlərinə hava zərbələri endirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, ötən gecədən bütün ölkə boyu kütləvi hava həyəcan siqnallarının ardınca səhər saatlarında Rusiya tərəfindən endirilən hava zərbələrinin qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da onlardan şəhərə düşənlər də olub.

Hücumlar nəticəsində bu dəqiqələrdə hazırda Kiyev şəhərində güclü partlayışlar baş verib. Hücumun nəticələri ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə ay idi paytaxt Kiyevdə sakitlik idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir