Dünya

“Fənərbağça”nın sabiq baş məşqçisi Arda Gülər barədə: “Mütləq bir dönəmə damğasını vuracaq”

Sharing is caring!


“Arda özəl biridir və 16 yaşında da belə idi”.

Bu sözləri iki müxtəlif dövrdə Türkiyənin “Fənərbağça” klubunun sükanı arxasında olan Vitor Pereyra İspaniyanın “Marca” nəşrinə açıqlamasında deyib.

Portuqaliyalı baş məşqçi bildirib ki, Arda “Fənərbağça”nın hər məşqində sanki baxışları ilə meydana çıxmaq üçün ondan şans istəyib. Pereyra əlavə edib ki, məşq bitsə belə, Arda meydandan çıxmırmış:

“Arda Gülər taktiki cəhətdən çox ağıllı oyunçudur və həm hücumda, həm də müdafiədə oynamağın nə olduğunu çox yaxşı bilir. Çox səmimi biridir və möhtəşəm oyunçudur. Öyrənmək arzusu çoxdur. Cərimə meydançasına yaxın oynamağı sevmir, çünki o, driblinq ustası deyil. Lakin yarımmüdafiəçi olaraq və ya cinah oyunçusu olaraq əla performans sərgiləyə bilər”.

“Arda düzgün pas verə və məsuliyyəti öz üzərinə götürə bilir. Gec və ya tez o, mütləq bir dönəmə damğasını vuracaq! “Real Madrid”in verdiyi dəyər onu dünya miqyasında bir oyunçu halına gətirəcək. Heç bir futbolçu ilə müqayisə oluna bilməz, amma bir az Xames Rodrigezə bənzəyir. Xames texnikalı oyunçu idi, ötürmələrdə və qol vurmaqda mahir idi. Lakin müdafiəyə gəlincə, eyni sözləri söyləmək çətindir. Arda Gülər isə taktiki cəhətdən zəka dolu oyunçudur. Həm hücumda, həm də müdafiədə əla təsir bağışlayır”, – Pereyra qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir