Dünya

Ermənistan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak etməyəcək

Sharing is caring!


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.

İclas noyabrın 8-də Rusiya Federasiyasının paytaxtında baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir