Dünya

“Qarabağ”ın rəqibi tarixi rekorda imza atıb

Sharing is caring!


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Bayer 04”ü tarixi rekorda imza atıb.

“Report” xəbər verir ki, Leverkuzen təmsilçisi ilk dəfə ardıcıl 10 oyunda qələbə qazanmaqla öz rekordunu yeniləyib.

Bunun altısı Bundesliqa, üçü Avropa Liqası, biri isə Almaniya Kuboku matçına təsadüf edib. Xabi Alonsonun yetirmələri son məğlubiyyəti 2022/23 mövsümünün axırıncı turunda “Bohum”dan (0:3) alıblar.

Qeyd edək ki, “Bayer 04” hazırda Bundesliqada 28 xalla, Avropa Liqasının qrupunda isə doqquz xalla liderlik edir. Leverkuzenlilər növbəti görüşü noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir