Dünya

Kadırovun 15 yaşlı oğlu təhlükəsizlik xidmətinin rəhbəri təyin edilib

Sharing is caring!


Çeçenistan rəhbərinin oğlu Adam Kadırov atasının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib.

Bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov öz “Telegram” kanalında məlumat verib.

“Əziz qardaşım oğlu Adam Kadırov Çeçenistan Respublikası başçısının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktiki olaraq göstərib və sübut edib. O, güclü, prinsipial xasiyyəti, respublikamız və bütün Vətən üçün faydalı olmaq istəyi ilə seçilir”, – deyə Daudov kişik Kadırovun hansı vəzifəyə təyin olunduğunu dəqiqləşdirmədən yazıb.

Çeçenistanın səhiyyə naziri Adam Alxanov da Adam Kadırovu təbrik edərək, onun Çeçenistan Respublikası başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb.

“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm”, – o, “Telegram” kanalında yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir