Dünya

Filipp Kirkorov “Primadonna” üçün sona qədər mübarizə apardı – FOTO/VİDEO

Sharing is caring!


Məşhur rusiyalı sənətçi Filipp Kirkorov “Primadonna” adlı tablo üçün 700 min rubl ödəyib.

Kirkorov müğənni Lüsi Çebotinanın yeni albomunun təqdimat mərasimində baş tutan xeyriyyə auksionunda tablo üçün mübarizə aparıb və nəticədə onu əldə edib.

Sənətçi digər lotları da almaq istəsə də, buna nail ola bilməyib. Lakin “Primadonna” üçün sonuna qədər gedib.

Amma Filipp Kirkorov keçmiş həyat yoldaşı, primadonna Alla Puqaçovanın hazırda harada olduğu ilə bağlı suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, bəzi mənbələrə görə, Puqaçovanın özü ötən gün Rusiyaya qayıdıb. O, qara rəngli “Toyota” markalı avtomobillə Pskov vilayətindəki nəzarət-keçid məntəqəsindən Rusiya ərazisinə daxil olub.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir