Dünya

ABŞ dövlət katibi Antoni Blinken müharibə başlayandan sonra növbəti dəfə İsrailə səfər etdi – FOTO/VİDEO

Sharing is caring!


ABŞ dövlət katibi Antoni Blinken müharibə başlayandan sonra növbəti dəfə İsrailə səfər edib.  

Blinken Təl-Əvivə gəlib və İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Görüş Kiryadakı hərbi qərargahda baş tutub.

Bu barədə baş nazirin ofisindən məlumat verilib.

Bu, ABŞ diplomatiyası rəhbərinin Yaxın Şərqdə vəziyyət kəskinləşdikdən sonra İsrailə ikinci səfəridir.

Qeyd olunur ki, əvvəlcə Blinken və Netanyahunun təkbətək görüşü olacaq. Bundan sonra isə daha geniş formatda söhbət planlaşdırılır.

Xatırladaq ki, Blinkenin İsrailə ilk səfəri oktyabrın 12-də, Qəzza zolağında gərginliyin başlanmasından 5 gün sonra baş tutub. O, Baş nazir Benyamin Netanyahu və İsrail Prezidenti İsxaq Hersoqla görüşüb. Hər iki görüşün əsas mövzusu Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı olub.

Mənbə: “The Times of İsrael”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir