Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə milyarlardla dollarlıq yardım qanun layihəsini təsdiqlədi

Sharing is caring!


ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçılar tərəfindən İsrailə 14,3 milyard dollarlıq yardım paketinin tələb edildiyi qanun layihəsini təsdiqləyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən səsvermədə 226 səs lehinə və 196 səs əleyhinə olmaqla layihə qəbul edilib.

İsrailə 14,3 milyard dollarlıq yardım paketini nəzərdə tutan qanun layihəsində İsrailin “Dəmir günbəz” və “Davud sapanı” hava hücumundan müdafiə sistemləri üçün 4 milyard dollar, “Dəmir şüa” havadan müdafiə sistemi üçün isə 1,2 milyard dollar ayrılması planlaşdırılıb.

Qanun layihəsinin qüvvəyə minməsi üçün həm senatın, həm də ABŞ Prezidenti Co Baydenin təsdiqi alınmalıdır.

ABŞ Senatında çoxluğun lideri, senator Çak Şumer isə qanun layihəsinin çox səhv təklif olduğunu qeyd edib və senatın bu layihəni ciddi qəbul etməyəcəyini söyləyib.

Öz təcili yardım paketi üzərində işləyəcəklərini deyən Şumer bildirib ki, buraya İsrail, Ukrayna və Qəzzaya humanitar yardımlar daxil ediləcək.

Mənbə: TRT Haber 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir