Dünya

SAXAL HƏMAS-ın batalyon komandirini məhv etdi – VİDEO

Sharing is caring!


İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın “Sabra Tel əl-Hava” batalyonunun komandirini məhv edib. 

Bu barədə İsrail Müdafiə Ordusu öz “Telegram” kanalında məlumat yayıb.

SAXAL qırıcılarının dəqiq kəşfiyyat məlumatları əsasında hərəkət edərək zərbə endirməsi nəticəsində müharibənin əvvəlindən Qəzza zolağında İsrail ordusuna qarşı döyüş əməliyyatlarının mərkəzdən idarə edilməsində iştirak etmiş “Sabra Tel əl-Hava” batalyonunun komandiri Mustafa Dalul məhv edilib. Son illərdə Dalul Qəzza şəhərində HƏMAS batalyonunda və briqadasında bir sıra vəzifələri icra edib.

Hazırda SAXAL qurudan, havadan və dənizdən HƏMAS-ın mövqelərinə zərbələr endirməkdə davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir