Dünya

Romanovlar ailəsinin rəsm kolleksiyasının sahibi Moskvada aldadılıb

Sharing is caring!


İmperator III Aleksandrın qohumuna çar ailəsinin rəsm kolleksiyası miras qalıb.

73 yaşlı Tatyana Littl kolleksiya ilə dünyanı gəzib, göstərib və bəzilərini satıb. Moskvaya – ata-baba yurduna gələn Littl Qromova adlı bir xanımla əlaqə saxlayıb. O, 165,6 milyon rubl əvəzinə 36,8 milyon rubla 180 rəsm almaq istəyib. Littl isə Tatyanaya Rusiya vətəndaşı olmadığına görə satışı həyata keçirməkdə çətinlik çəkəcəyini deyib. Razılaşıblar.

Şeremetyevo hava limanında rəsmlər birbaşa Ostankino teleqülləsinə göndərilib və hər iki tərəf orada nağd pulla satışı həyata keçirmək üçün görüşüblər. Lakin Tatyananın rus dilini yaxşı bilməməsindən istifadə edən Qromova alqı-satqı sənədi əvəzinə ona ianə sənədi verib. Beləliklə, qadın pulsuz və kolleksiyasız qalıb.

Hazırda polis Qromovanı axtarır.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir