Dünya

Messi karyerasında ən çox sevdiyi qolu açıqlayıb – VİDEO

Sharing is caring!


“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında ən çox sevdiyi qolu açıqlayıb.

“Mən həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının finalında, Dünya Kubokunun finalında vurulan qollardır. “Santyaqo Bernabeu”da Çempionlar Liqası matçında “Real Madrid”ə 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurulan qolu həmişə xatırlayıram”, – deyə Messi bildirib.

Xatırladaq ki, sözügedən qarşılaşma 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında baş tutub. İlk oyun “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir