Dünya

Dünyanın ən zəngin adamları bir ayda 50 milyard dollar itiriblər

Sharing is caring!


“Forbes” jurnalının məlumatına görə, dünyanın ən zəngin 10 adamının ümumi sərvəti son bir ayda təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollara düşüb. Bu barədə məlumat nəşrin saytında yerləşdirilib.

“Tesla”nın yaradıcısı və “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask hələ də reytinqin birinci pilləsində qərarlaşıb. Bununla belə, “Tesla” səhmləri bu ay 20% ucuzlaşıb və Mask 35 milyard dollar, yəni sərvətinin 14%-ni itirib.

LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun prezidenti, “Forbes” siyahısında ikinci yerdə qərarlaşan Bernard Arno qrupun səhmlərinin 5% ucuzlaşması səbəbindən son bir ayda 10 milyard dollar itirib.

“Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellisona gəlincə, şirkətin səhmlərinin 3% azalması onu beş milyard dollardan məhrum etsə də, reytinqdə dördüncü yerini qoruyub.

Eyni zamanda, mənfi tendensiyaya baxmayaraq, reytinqdə yeddinci yerdə olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sərvətini 300 milyon dollara yaxın artırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir