Dünya

Cenin əməliyyatı: Bir terrorçu saxlanılıb, bir neçəsi məhv edilib – FOTO/VİDEO

Sharing is caring!


İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində terrorçuları maliyyələşdirən, qızışdırıcı materiallar yayan və axtarışda olan silahlıların gizlədilməsinə kömək edən 63 yaşlı terrorçu Atu Əbu Ramili həbs edib.

O, bölgədə artan eskalasiyaya görə məsuliyyət daşıyır.

Onun ələ keçirilməsi əməliyyatı ötən gecə, noyabrın 1-də ordu, Baş Təhlükəsizlik Xidməti və İsrail Sərhəd Mühafizəsi tərəfindən həyata keçirilib.

Terrorçunun oğlu da saxlanılıb.

Həbsdən sonra əməliyyat “Duvdevan” və “Xaruv” xüsusi təyinatlılarının, mühəndis qoşunlarının və digərlərinin köməyi ilə davam etdirilib. Düşərgədə yolların altına yerləşdirilən partlayıcı maddələr aşkar edilib. Terrorçular İsrail Müdafiə Ordusunun əsgərlərinə hücum ediblər, onlar cavab atəşi və havadan zərbələrlə susdurulublar.

Düşərgədə axtarışlar zamanı sursatların saxlanıldığı yeraltı çuxur və anbar aşkar edilib. Silah və sursat olan avtomobil də tapılıb.

Mənbə: Detaly.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir