Dünya

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın batalyon komandirini öldürdü – FOTO/VİDEO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələrinin qırıcıları HƏMAS-ın Şimal briqadasının “Beyt Lahiya” batalyonunun komandiri Nəsim Əbu Acinanı öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin öldürdüyü Nəsim Əbu Acina oktyabrın 7-də Erez kibusu (kommuna) və Netiv Ha-Asara moşavında (məntəqə) törədilən qırğına rəhbərlik edib. Əbu Acina keçmişdə HƏMAS hava qüvvələrinə komandanlıq edib, terror təşkilatı üçün PUA və paraplanların hazırlanmasında iştirak edib.

Bildirilib ki, onun aradan qaldırılması HƏMAS terror təşkilatının İsrail Müdafiə Qüvvələrinin quru fəaliyyətini pozmaq səylərinə əhəmiyyətli dərəcədə zərbə vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir