Dünya

Humanitar yardım daşıyan daha 39 yük avtomobili Qəzzaya daxil olub

Sharing is caring!


Humanitar yardım daşıyan ən azı 39 yük avtomobili bazar ertəsi Misirlə sərhəddə yerləşən “Rəfah” nəzarət-keçid məntəqəsindən Qəzza zolağına daxil olub.

Verilən məlumata görə, son 10 gündə “Rəfah” nəzarət-keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardım aparan yük avtomobillərinin ümumi sayı 171-ə çatıb. Hesabatda həmçinin qeyd olunub ki, su, qida və dərman vasitələrindən ibarət olan humanitar yardımın ümumi həcmi yüzlərlə tondur.

Bir gün əvvəl Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Nibal Farsah bildirib ki, Qəzza zolağına gələn humanitar yardım anklav sakinlərinin ehtiyaclarının təxminən üç faizini ödəyir. O, su, qida və dərman vasitələrinə, həmçinin təcili yardım maşınları və xəstəxanalarının işləməsi üçün yanacağa kəskin ehtiyac olduğunu söyləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir