Kriminal

Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Sharing is caring!


Kürdəmirdə sürücülük hüququ olmadan, narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.  

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla sürücü, Bakı şəhər sakini Elmin Ələkbərovun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və narkotik vasitənin təsir altında olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib olunub.

Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir