Dünya

“Ginnesin Rekordlar Kitabı” Portuqaliyada ölən ən yaşlı itin yaşını dəqiqləşdirəcək

Sharing is caring!


“Ginnesin Rekordlar Kitabı” Portuqaliyada ölən ən yaşlı itin yaşını dəqiqləşdirmək fikrinə düşüb.

Sosial şəbəkələrdə Bobinin 1999-cu ildə çəkildiyi fotoşəkil aktiv surətdə müzakirə olunmağa başlayıb. İstifadəçilər fotodakı itin pəncələrinin rənginin müasir fotolarda görünəndən fərqli olduğunu iddia edirlər.

Bundan başqa, baytarlar da itin yaşının adətən sahibinin ifadələri əsasında müəyyən edildiyini vurğulayaraq şübhələrini bildirirlər.

Qeyd edək ki, Bobi 31 il 165 gün yaşayıb və oktyabrın 21-də Portuqaliyanın Konqeyruş kəndində, Kosta ailəsi ilə birlikdə bütün ömrünü yaşadığı evində vəfat edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir