Dünya

İsrail hakimiyyəti öz vətəndaşlarından Şimali Qafqazı tərk etməyi xahiş edir

Sharing is caring!


İsrail hakimiyyəti Şimali Qafqazda israillilər üçün təhlükə səviyyəsini maksimuma – dördüncü səviyyəyə qaldırıb və bu bölgəyə səyahətdən çəkinməyi, oradakı vətəndaşlara regionu tərk etməyi qətiyyətlə tövsiyə edib.

Bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının və ölkənin Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“Dünən gecə baş verən hadisələrdən sonra və “Dəmir Qılınclar” əməliyyatı fonunda Şimali Qafqazda İsrail/yəhudi hədəflərinə qarşı mümkün hücumlar, iğtişaşlar və zorakılıq qorxusu yaranıb. İsrailin Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi regiona səyahət xəbərdarlığını ən yüksək həyəcan səviyyəsi olan 4-cü səviyyəyə (yüksək təcili təhlükə) yüksəldib”, – məlumatda deyilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir