Dünya

Vladimir Putin Mahaçqala hadisələri ilə bağlı böyük müşavirə keçirəcək

Sharing is caring!


“Prezident Vladimir Putin Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə etmək üçün müşavirə keçirəcək”.

Bunu oktyabrın 30-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Mahaçqala hadisələri ilə bağlı təxminən saat 19:00-da geniş müşavirənin keçiriləcəyi planlaşdırılır.

“Bu tədbirdə Qərb ölkələrinin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdləri müzakirə ediləcək”, – deyə Kreml rəsmisi izah edib.

Əvvəlcə prezidentin çıxış edəcəyi, daha sonra isə bağlı qapılar arxasında müşavirə keçiriləcəyi gözlənilir.

“Putin Dağıstan Respublikasındakı vəziyyətlə bağlı dünən gecə və bu gün səhər Federal Təhlükəsizlik Xitməti, Rusiya Qvardiyası və respublikanın rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar alıb və almağa davam edir”, – deyə Peskov əlavə edib.

Qeyd edək ki, oktyabrın 29-da Dağıstanın paytaxtı Mahaçqalada yüzlərlə şəxs aeroporta hücum edib. Onlar İsraildən gələn təyyarənin enməli olduğu “Kaspiysk” Hava Limanı yaxınlığında toplaşıb, əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tutublar. Sonra etirazçılar hava limanındakı xidməti otaqlara daxil olaraq İsraildən gəlmiş və burada gizlədilməsi ehtimal edilən yəhudiləri axtarıblar.

Hava limanının fəaliyyəti məhdudlaşdırılıb.

Oktyabrın 30-da polis Mahaçqala hava limanı ərazisindəki kütləvi iğtişaşların 150-dən çox fəal iştirakçısını müəyyən edib. Onlardan 60 nəfəri saxlanılaraq polis bölmələrinə aparılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir