Dünya

Pakistanda 50-yə yaxın insan tayfalararası toqquşmaların qurbanı olub

Sharing is caring!


Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Kurram dairəsində düşmən olan tayfalar arasında son altı gündə baş verən silahlı toqquşmalarda azı 50 nəfər həlak olub.

Düşmən tayfalardan olan silahlılar arasında atışma torpaq üstündə mübahisələr və dini fikir ayrılıqları səbəbindən baş verib. Toqquşmalar oktyabrın 29-na qədər davam edib. Tayfaların ağsaqqalları hər iki tərəfdə atəşkəs barədə danışıqlar apara biliblər.

Kurram dairəsində vəziyyət gərgin olaraq qalır. Burada elektrik enerjisi, internet kəsilib, nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Əhalinin məskunlaşdığı yerlərdə ərzaq, dərman və ilkin tələbat malları çatışmazlığı yaşanır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir