Dünya

KİV: Hindistanın cənubunda iki qatar toqquşub

Sharing is caring!


Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında sərnişin qatarı relsdən çıxıb.

Bu barədə dəmir yolu şəbəkəsinin nümayəndəsi məlumat yayıb.

Verilən məlumata görə, sürətli qatarın relsdə dayanan qatarla toqquşması nəticəsində azı üç nəfər həlak olub.

Digər hökumət rəsmilərinə istinadən yayılan xəbərə görə, ölənlərin sayı 10-a çatıb, təxminən 25 nəfər xəsarət alıb.

Məlumata görə, qatar Andhra Pradeş ştatının Vizaq şəhərindən Rayaqaduya yola çıxıb və üst kabelin qırılması səbəbindən dayanıb. Bu zaman sürətli qatar ona çırpılıb. 

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Mənbə: ТАSS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir