Dünya

“The New York Times”: İsrail hər gün Qəzzaya 100 humanitar yardım maşını buraxmağa söz verib

Sharing is caring!


İsrail hər gün Qəzza zolağına 100 humanitar yardım maşını buraxmağı öhdəsinə götürüb. Keçid Misirlə sərhəddə yerləşən “Rəfah” nəzarət-keçid məntəqəsindən (NKM) həyata keçiriləcək.

“The New York Times” qəzetinin verdiyi məlumata görə, yardıma BMT-nin Fələstin anklavındakı əsas infrastruktura paylaya biləcəyi məhdud miqdarda yanacaq daxil olacaq. Söhbət ilk növbədə tibb müəssisələrindən gedir.

Ötən gün sözügedən NKM vasitəsilə əhali üçün humanitar yardım daşıyan 10 yük avtomobili karvanının anklav ərazisinə daxil olduğu bildirilib.

“Al-Qahera al-Ekhbariya” telekanalının verdiyi məlumata görə, Qahirə mülki şəxslər üçün nəzərdə tutulan daha çox humanitar yardımın çatdırılmasını təmin etmək üçün bütün tərəflərlə əlaqələri gücləndirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir