Dünya

Rusiyada hoteldə güclü yanğın: İnsanlar ayaqyalın çölə qaçdılar – VİDEO

Sharing is caring!


Rusiyanın Naberejnı Çelnı şəhərində “Kamarooms” hoteli yanıb.

Ziyarətçilər tüstünü görüb dərhal binadan qaçmağa başlayıblar. Yanğının aşağı mərtəbələrdən başladığı iddia olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonaqlardan və işçilərdən heç kim xəsarət almayıb.

Bildirilib ki, binadakı yanğın dörd min kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə 77 xilasedici və 25 texnika gəlib.

Artıq yanğın söndürülüb.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir