Cəmiyyət

Avtomobiliniz qışa hazırdırmı? – VİDEO

Sharing is caring!


Qış mövsümünün yaxınlaşması avtomobillərin bu fəsilə hazırlıq məsələsini gündəmə gətirir.

Xezerxeber.az xəbər verir ki, avtomobil ustası Cavidan Muradxanlı qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, qışa hazırlıq xüsusilə payız mövsümündən başlamalıdır.

Onun sözlərinə görə, avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməsinə ehtiyac yoxdur:

“Hansı yağdan istifadə olunursa, onunla da davam etməlidir. Lakin, soyuq iqlimə malik bölgələrdə sürücülər yağ dəyişikliyi edə bilərlər”.

Usta Cavidan Muradxanlı deyir ki, avtomobildə diqqət ediləsi məqamlardan biri də soyutma sistemidir. Onun fikrincə, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir