Dünya

Avropa Rusiya kömürünü QADAĞAN ETDİ

Sharing is caring!

Avqustun 10-dan Rusiyadan kömür və digər bərk qalıq yanacaqlarının Avropa İttifaqı (Aİ) vasitəsilə daşınmasına və onların Aİ-yə tədarükünə qadağa tətbiq edilməyə başlayır.

Oxşar qadağa Böyük Britaniya tərəfindən də tətbiq edilib.

Sanksiyaların hələ beşinci raundu çərçivəsində Rusiyanın Aİ-yə kömür tədarükünə embarqo tətbiq edilib. Aİ ölkələrinə kömür idxalının illik həcmi səkkiz milyard avro təşkil edir ki, bu məbləğin təxminən yarısı Rusiya Federasiyasından idxalın payına düşür. Avropa ölkələri fəal şəkildə yeni kömür tədarükçüləri axtarırlar.

Almaniya enerji böhranı fonunda, qaz tələbatını azaltmaq üçün, qışa qədər kömür ehtiyatlarını artırmaq üçün kömürlə işləyən elektrik stansiyalarının istifadəsini müvəqqəti olaraq artırmaq qərarına gəlib.

2021-ci ildə Rusiyadan kömür ixracı 223 milyon ton təşkil edib ki, bunun da 50,4 milyon tonu Avropaya göndərilib.

Mənbə: Vestnik Kavkaza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir