Dünya

İranın XİN rəhbəri: “ABŞ-yə qarşı yeni cəbhələr açılacaq”

Sharing is caring!


“Vaşinqton İsraili dəstəkləməyə davam edərsə, yeni cəbhələr açmağa hazırlaşmalıdır”.

Bu barədə  İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “Bloomberg Television”a müsahibəsində deyib.

O qeyd edib ki, ABŞ bütün digər dövlətlərə təmkin nümayiş etdirməyi tövsiyə edir, lakin onlar özləri İsraili tam dəstəkləyirlər.

“Əgər Birləşmiş Ştatlar indiyə qədər gördükləri işlərə davam etsə, o zaman ABŞ-yə qarşı yeni cəbhələr açılacaq”, – deyə Abdullahian bildirib və amerikalıların münaqişənin genişlənməsini istəyib-istəməmələrinə qərar verməli olduqlarını qeyd edib.

O, həmçinin bildirib ki, İsrail Müdafiə Ordusunun (SAXAL) quru əməliyyatı “Təl-Əvivin peşman olacağı” ciddi nəticələrə gətirib çıxaracaq.

Xatırladaq ki, Abdullahian bundan əvvəl İsrailin hərbi əməliyyatlarını davam etdirməsi səbəbindən yeni cəbhələrin açılmasının mümkünlüyünü bəyan etmişdi.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir