Dünya

Netanyahu Qəzzaya quru əməliyyat əmrini imzalamaqdan imtina edib

Sharing is caring!


İsrail ordusu Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb, lakin Baş nazir Benyamin Netanyahu onu imzalamaqdan imtina edib. Bununla da yüksəkrütbəli zabitlərin qəzəbinə səbəb olub.

Mənbənin məlumatına görə, sənədi imzalamama səbəblərdən biri əməliyyatın HƏMAS-ın hücumundan sonra müxalifət nümayəndələri ilə birgə yaradılmış fövqəladə hökumət üzvlərinin yekdilliklə təsdiqləmələri istəyidir.

Təhlilçilər hesab edirlər ki, ictimaiyyətin ona inamının azalması səbəbindən, həmçinin plan uğursuz olarsa, günahkar bilinmək istəmədiyi üçün Netanyahu planı özbaşına təsdiqləməkdən ehtiyatlanır.

Bundan başqa hökumət başçısı ilə hərbçilər arasında qarşılıqlı güvənsizlik yaranıb və hətta siyasi hökumət ordu komandanlığına iclaslara səsyazma aparatları gətirməyi qadağan edib.

Bəziləri bu qərarı müharibə başa çatdıqdan sonra başlaya biləcək istintaqın gedişatına mane olmaq cəhdi kimi qiymətləndirib.

Mənbədən bildirilib ki, onların aralarındakı parçalanma müharibənin məqsədləri ilə bağlıdır. Netanyahu bütün girovların azad edilməsini HƏMAS-ın məhv edilməsi ilə eyni vaxta planlaşdırır. Ancaq bu hədəfləri tarazlaşdırmaq çətindir. Fikir ayrılıqları oktyabrın 26-da müdafiə naziri Yoav Gallant girovların xilas edilməsini SAXAL-ın məqsədlərindən biri kimi qeyd etməməsiylə daha aydın görünüb.

İsrailin hücuma nə vaxt, necə başlayacaqları mövzusu da siyasi və hərbi liderlər arasında mübahisəli məsələlərdən biridir.

Mənbə: The New York Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir