Dünya

Hər gün atəşə məruz qalan Baxmut bölgəsindən FOTOREPORTAJ

Sharing is caring!


Ukraynanın Donetsk vilayətinin Rusiya ordusu ilə üzbəüz olan Markova kəndi Baxmut şəhərinin müntəzəm atəşə tutulan ərazisidir. Bu kənd Ukraynanın bu istiqamətdə, Rusiyanın işğalı altında olan Baxmut şəhəri ilə üzbəüz mövqeyidir.

Demək olar hər gün artilleriya atəşi altında olan bu kənddən “Report”un Şərqi Avropa bürosu fotoreportaj hazırlayıb.

İnzibati cəhətdən Baxmut rayonuna daxil olan bu kənddə və ətrafında üzü yaxınlıqdakı Avdeyevkaya gedən döyüşlər faktiki olaraq hazırda Donbasın taleyini həll edir. Donbasın taleyi isə son zamanlar strateji cəhətdən Ukraynada gedən müharibənin taleyini həll edir. Hazırda bu ərazi də bu səbəbdən qarşılıqlı artilleriya döyüşləri meydanına çevrilib.

Kənd sakini Aleksandr Kuqaç bildirib ki, faktiki olaraq hər gün atəş altındadırlar:

“Mərmi yağışı altında yaşayırıq. Bu ev bizim qonşuluğumuzda yerləşir. Qaraj dağılıb, avtomobil deşik-deşik olub. Evə də ciddi zərər dəyib. Hadisə bu gecə baş verib. Bizim ərazi hər gün atəşə tutulur. Dünən, srağagün ciddi zərbələr endirilib. Bu avtomobil mənimdir. Qəlpələrdən bu vəziyyətə düşüb”.

Digər sakin Lyubov Kovaç da ərazinin hər gün atəşə tutulduğunu bildirib:

“Məsələn, gecə saat 01:00-dən səhər saat 06:00-dək zərbələr endirilib. Həmin vaxt mən, həyat yoldaşım və qayınanam dəhlizdə idik. İlk zərbə hamama endirildi. Biz oradan çətinliklə çıxdıq. Həyat yoldaşım yaralandı və biz qonşunun evinə keçdik. Daha sonra evimizə iki zərbə də endirildi. Vaxtında çıxmasaydıq, öləcəkdik. Bu avtomobil qarajda idi. O, yararsız hala düşüb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir