Dünya

İranlı idmançılar hər kəsi aldatdıqları üçün yarışdan uzaqlaşdırıldılar- FOTO

Sharing is caring!


Çinin Hanju şəhərində keçirilən Para-Asiya oyunlarında iranlı idmançı hər kəsi aldadıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Belə ki, 73 kiloqram çəkidə iştirak edən İranın Milli Cüdo Komandasının üzvü Vəhid Ciddinin görmə əngəlli olmadığı müəyyənləşdirilib.

Onun görmə qabiliyyətinə malik olduğu yarış zamanı hakimlər və nəzarətçilər tərəfindən müəyyən edilib və idmançı yarışdan uzaqlaşdırılıb.

İran mediasının verdiyi məlumata görə, Vəhid Ciddi yarışlardan uzaqlaşdırılan yeganə idmançı deyil. İranın yarışlara göndərdiyi səkkiz cüdoçudan digər ikisinin də yarışlarda iştirak etmələrinə icazə verilməyib.

Görməz və Azgörənlərin İdmanları Federasiyasının sədri Məhəmmədrza Məzlumi bu barədə açıqlama verib.

“Həmin iki idmançı Çinin Hanju şəhərində keçirilən Para-Asiya oyunlarına göndərilmədən öncə Dopinqə Qarşı Dünya Agentliyinin (The World Anti-Doping Agency) İran Şöbəsi tərəfindən yoxlanışdan keçirilib. Bizə bildirdilər ki, hər iki cüdoçu barəsində şübhə var”, – deyə Məzlumi bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir