Dünya

Rusiya zooparkında baş verən yanğında onlarla heyvan yanaraq ölüb – VİDEO

Sharing is caring!


Rusiyanın Saratov şəhərindəki “Kroşka yenot” zooparkının pavilyonunda baş verən yanğında onlarla heyvan yanıb.

Bu barədə vilayət hökumətinin həyat təhlükəsizliyi şöbəsinin rəhbəri Yuri Yurin xəbər verib.

Məlumata görə, 40-dan çox heyvan – gekkon, boa, tutuquşu, dəniz donuzcuğu, şinşilla, skuns, surikat, tısbağa, oxlu kirpilər və s. yanıb. Nadir məməlilər, o cümlədən ağ kirpi, həmçinin Xabarovskdan gələn lemur xilas edilib.

Qeyd edək ki, zoopark özəl olub və şəhər parkının ərazisində yerləşib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, taxta köşklər yanıb. Yanğının sahəsi 40 kvadratmetr olub.

Müstəntiqlər və yanğınsöndürmə laboratoriyasının mütəxəssisləri hadisənin baş vermə şəraitini və səbəblərini öyrənmək üçün hadisə yerində işləyirlər.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir