Dünya

Hicabdan imtina edən iranlı aktrisalara filmlərdə çəkilmək qadağan olunub

Sharing is caring!


İranda hicab taxmaqdan imtina edən aktrisalara filmlərdə çəkilmək rəsmən qadağan olunub.

Nəzarət şöbəsinin müdiri Həbib İlbəyqinin sözlərinə görə, belə aktrisaların siyahısı hazırlanıb.

“Etiraz etdikləri məhdudiyyətlərə görə, bu aktrisalar kino karyeralarını davam etdirə bilməyəcəklər. Onların əvvəlki işləri, bu layihələrə qoyulan əhəmiyyətli investisiyaları nəzərə alaraq, kino istehsalçılarının maraqlarını qorumaq üçün hələ də tədricən yayımlanacaq. Bununla belə, onlara qarşıdan gələn hər hansı film layihələrində iştirakına qadağa qoyulacaq”, – deyə o bildirib.

Qadağa qoyulmuş aktrisalar arasında İranın məşhur sənətçiləri Baran Kosari, Vişka Asayeş, Panteha Bəhram və başqaları da var.

Qeyd edək ki, 2022-ci ildə İran etirazları zamanı bir çox aktrisa hicabdan imtina edib. Etirazlar izahat söhbəti üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qız Məhsa Əmininin faciəsindən sonra başlayıb. O, hicablı deyil, baş örtüyü ilə bayıra çıxıb. Sentyabrın 16-da qız, etirazçıların fikrincə, döyülmə nəticəsində dünyasını dəyişib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir