Dünya

Tayvanda tuneldə 16 avtomobil toqquşub, ölən və yaralanlar var

Sharing is caring!


Tayvanın İlan qəzasında tuneldə 16 avtomobil toqquşub. Hadisə nəticəsində azı bir nəfər ölüb, 11 nəfər ağır yaralanıb.

Məlumata görə, insident yüksək sürətlə yük maşınının tunellə hərəkət edən avtomobil karvanına çırpılması zamanı baş verib. Bildirilir ki, yük maşınının sürəti təxminən 75 km/saat, tuneldə maksimum icazə verilən hərəkət sürəti isə 40 km/saat olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir