Dünya

Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində 38 nəfər xəsarət alıb

Sharing is caring!


Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda baş verən dəhşətli yol qəzasında 38 nəfər xəsarət alıb. Muşdan İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusu, Kayseri ilə Malatyanı birləşdirən magistralın 91-ci kilometrində güclü yağışın yaratdığı sürüşkənlik zəmində idarəetmədən çıxaraq aşıb.

Qəzada avtobusda olan 41 sərnişindən 38-nin yaralandığı, onlardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təcili yardım, polis, jandarm, xilasetmə qrupları bölgəyə yönəldilib. Yaralılar qısa müddətdə rayon xəstəxanalarına çatdırılıblar və onlara tibbi yardım göstərilib. Aşan avtobus qaldırıcı kranın köməyi ilə çıxarılarkən, qəzanın baş verdiyi yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Mənbə: asayisgazetesi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir