Dünya

İranda məcburi hicab tələbindən imtina etdiyinə görə güneyli qızın həyatı təhlükədədir – FOTO

Sharing is caring!


Bir müddət öncə Təbrizdə məcburi hicab tələbindən imtina etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən döyülərək psixiatriya xəstəxanasına aparılan Röya Zakerinin vəkili ilə görüşməsinə icazə verilməyib.

Röya Zakeri Təbrizin Təhlükəsizlik və Kəşfiyyat (ETTELAAT) İdarəsinə aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Güneyli vəkil Sina Yusifi “X” hesabında Röyanın həyatının təhlükədə olduğunu yazaraq, onun barəsində məlumat paylaşıb.

“Röyanın vəkillə görüşünə icazə verilmir. Ötən il payızda kütləvi etirazlara qatıldığına görə işlə təmin olunmayıb. Röyanın vəziyyəti barədə düzgün məlumat verilmir. Ona görə də həyatı təhlükədədir. Onun səsi olaraq hakimiyyət tərəfindən işgəncə verilməsinə və həyatının itirilməsinə mane olmalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, Röya Zakerinin adı sosial şəbəkələrdə “Təbrizin qızı” olaraq yazılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir